Meksikada baş verən torpaq sürüşməsi 60 sərnişin daşıyan avtobusun torpaq altında qalması ilə nəticələnib

Meksikada baş verən torpaq sürüşməsi 60 sərnişin daşıyan avtobusun torpaq altında qalması ilə nəticələnib
# 05 iyul 2007 10:55 (UTC +04:00)
Meksikada yağan güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. APA-nın məlumatına görə, ölkənin cənubundakı Puebla əyalətində meydana gələn torpaq sürüşməsi 60 sərnişin daşıyan avtobusun torpaq altında qalması ilə nəticələnib. 7 metr hündürlükdə palçıq və qaya avtobusun üstünü örtüb. Xilasedicilər hadisədən bir neçə saat sonra torpaq altında yalnız bir cəsədi tapa bilib. Xilasetmə işləri davam etsə də, sərnişinlərin sağ qurtarılması inandırıcı görülmür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR