Dünyanın ən bahalı evi 135 milyon dollara satışa çıxarılıb

Dünyanın ən bahalı evi 135 milyon dollara satışa çıxarılıb
# 05 iyul 2007 12:51 (UTC +04:00)
Ağ Evdən də böyük “Hala Ranch” adlı malikanə 135 milyon dollara satışa çıxarılıb. APA-nın məlumatına görə, min nəfər malikanəyə baxmaq istədiyini bildir sə, onlardan yalnız 11 nəfər içəri buraxılacaq. ABŞ-ın Kolorado əyalətində 9,5 hektar ərazidə inşa edilmiş evin 15 yataq otağı, 16 hamamı, uşaq parkı, gözellik salonu, hovuzu, tennis kortları, qaçış meydançaları var. “Hala Ranch” 135 milyon dollara satışa çıxarılıb. 1991-ci ildə inşa edilən köşkün rəncərələrinin çoxu Rokki dağlarına açılır. Malikanə ötən ilə qədər Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri olan, “BAE Systems” adlı şirkətlə əlaqədar 2 milyard dollarlıq rüşvət qalmaqalına qarışan Şahzadə Bəndər bin Sultana məxsusdur. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR