Türk-Amerikan Dərnəkləri Assambleyası ABŞ Konqresinin üzvlərinə müraciət edib

Türk-Amerikan Dərnəkləri Assambleyası ABŞ Konqresinin üzvlərinə müraciət edib
# 11 iyul 2007 11:13 (UTC +04:00)
ABŞ-dakı müxtəlif türk dərnəklərini birləşdirən Türk-Amerikan Dərnəkləri Assambleyası (TADA) ABŞ Konqresinin üzvlərinə müraciət edib. APA-nın ABŞ bürosunun məlumatına görə, TADA Konqres üzvlərindən İraq türkmənlərini haqlarının qorunmasına diqqət yetirməyi xahiş edib. TADA başqanı Nurten Aralın imzası ilə senatorlara və Nümayəndələr Palatasının üzvlərinə göndərilən məktubda Şimali İraqda yaşayan türkmənlərin haqlarının addımbaşı pozulduğu, onların diskriminasiya və işgəncəyə məruz qaldığı vurğulanıb: “Səddam Hüseyn dönəmində acı çəkən və ABŞ-ın bölgəyə gəlişini məmnuniyyətlə qarşılayan türkmənlər bu dəfə də kürdlərin böyük basqısı ilə üzləşib. Onların haqlarının qorunmasını tələb edirik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR