ABŞ hərbi komandanlığı Bakının hücumla ələ keçirilməsini nəzərdə tutan “Azərbaycanda müharibə” adlı simulyativ hərbi əməliyyat proqramı hazırlayıb

ABŞ hərbi komandanlığı Bakının hücumla ələ keçirilməsini nəzərdə tutan “Azərbaycanda müharibə” adlı simulyativ hərbi əməliyyat proqramı hazırlayıb
# 12 iyul 2007 08:13 (UTC +04:00)
“Washinqton Profile” internet saytının (www.washprofile.org) yaydığı məlumata görə, hazırda ABŞ hərbçiləri Azərbaycanın coğrafi mühiti və iqlimi nəzərə alınmaqla keçiriləcək hipotetik hərbi əməliyyatları kompüterlər vasitəsilə məşq edirlər. Söhbət Azərbaycan iqliminə uyğun ərazidə həyata keçiriləcək simulyativ əməliyyat və qərargah oyunlarından gedir. Danger Room bloqunun məlumatına görə, “Azərbaycanda müharibə” şərti adı altında keçirilən simulyativ hərbi əməliyyat ssenarilərində Bakının hücumla ələ keçirilməsi nəzərdə tutulur: “Lakin söhbət ABŞ qoşunlarının Azərbaycana hərbi müdaxiləsindən getmir, amerikalı hərbçilər hadisələrin tamamilə başqa istiqamətdə inkişafı variantlarını nəzərdən keçirirlər. 2003-cü ildə İllinoys Texnoloji Tədqiqatlar İnstitutunun analitiki Klayd Vilsonun “Armor” hərbi jurnalında dərc etdiyi məqalədə bildirib ki, Xəzər dənizi regionu potensial baxımdan təhlükəli bölgəyə çevrilə bilər. Qeyd edək ki, Klayd Vilson hazırda “Azərbaycanda müharibə” müharibə” şərti adı altında keçirilən simulyativ hərbi əməliyyatlarının proqramlaşdırılmasında məsləhətçi kimi iştirak edib. Onun fikrincə, Xəzər regionunda Koreya müharibəsi zamanı yaranan situasiyanın təkrarlanması ehtimalı böyükdür: “O zaman Şimali Koreya Cənubi Koreya ərazisinə müdaxilə etdi, BMT Cənubi Koreyanın köməyinə gəldi. BMT qüvvələrinin əsas hissəsini amerikalılar təşkil edirdi, Çinin hərbiləşdirilmiş briqadaları isə Şimali Koreyaya yardım göstərirdilər. Analoji situasiyanın Xəzər regionunda da təkrarlanması mümkündür, buna görə də “Xəzər ssenarisi”nin dəqiqliklə mənimsənilməsi ABŞ Silahlı Qüvvələrinin uzunmüddətli planlaşdırılması baxımından vacibdir”. Qeyd edək ki, 2004-cü ildə ABŞ və Böyük Britaniya hərbçilərinin keçirdiyi “Hotspur 2004” birgə təlimlərində “Xəzər ssenarisi”ndən istifadə olunub. Ehtimallara görə, həmin təlimlər İranla mümkün hərbi əməliyyatlara hazırlıq məqsədi daşıyıb, Azərbaycan isə İranla sərhəd ölkədir və hər iki ölkənin coğrafi şəraiti və iqlimi oxşardır. ABŞ hərbi komandanlığı bundan əvvəl də dünyanın müxtəlif regionlarının coğrafi şəraitinin proqramlaşdırıldığı kompüter sistemlərində simulyativ “qərargah oyunları” keçirib. Məsələn, ABŞ hərbçiləri hazırlıq prosesində kompüter vasitəsilə Koreya yarımadası və Balkanlarda “hərbi əməliyyatlarda iştirak ediblər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR