Hyustonda Çingiz Mustafayevin anım mərasimi keçirilib

Hyustonda Çingiz Mustafayevin anım mərasimi keçirilib
# 16 iyul 2007 10:30 (UTC +04:00)
Texas ştatının Hyuston şəhərində Milli Qəhrəman Çingiz Mustafayevin şəhid olmasının 15 illiyinə həsr olunan anım mərasimi keçirilib. APA-nın ABŞ bürosunun məlumtına görə, Azərbaycan Amerika Şurasının təşəbbüsü ilə baş tutan tədbirdə Çingiz Mustafayevin həyat və hərbi jurnalistikada rolu barədə qurumun vitse-prezidenti Yusif Babanlı və təşkilatın üzvü Toğrul Məmmədbəyov məlumat veriblər. Yusif Babanlı Milli Qəhrəman Çingiz Mustafayevin Azərbaycanın müstəqillik illərinin ən dramatik və qanlı anlarını lentə aldığını, Xocalı soyqırımı, Laçının işğalının və digər vacib hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərdiyini deyib. Məruzəçilər həmçinin ANS Şirkətlər Qrupunun tarixi və “döyüş alnınıza yazılıb” şüarının Azərbaycanda müharibə ruhunun yüksək saxlanmasında mühüm rolundan danışıblar. Daha sonra mərasimdə qaçqınlar haqqında “Sonra sabah gəldi” və Azadliq aktına 907-ci düzəlişdən bəhs edən “Lost Generation” (İtirilmiş nəsil) filmləri nümayiş olunub. Azərbaycan və digər icmaların üzvləri və beynəlxalq ictimaiyyətin nümayəndələrinin da iştirak etdiyi tədbir fikir mübadiləsi ilə başa catıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR