Lex Kaçinski: “ABŞ-la raket hücumundan müdafiə kompleksinin yerləşəcəyi ərazini razılaşdırmışıq”

Lex Kaçinski: “ABŞ-la raket hücumundan müdafiə kompleksinin yerləşəcəyi ərazini razılaşdırmışıq”
# 17 iyul 2007 09:31 (UTC +04:00)
ABŞ və Polşa yeni raket hücumundan müdafiə kompleksinin quraşdırılacağı yeri texniki ekspertlər səviyyəsində razılaşdırıblar. APA-nın məlumatına görə, ABŞ prezidenti ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Polşa prezidenti Lex Kaçinski bildirib ki, kompleksin yerləşdiriləcəyi yerin koordinatları yaxın günlərdə açıqlanacaq. O, hazırda raket hücumundan müdafiə kompleksinin ölçüləri və burada xidmət keçəcək ABŞ əsgərlərinin sayı ilə əlaqədar müzakirələrin davam etdiyini deyib. Qeyd edək ki, Rusiya ABŞ-ın Avropada raket hücumundan müdafiə kompleksi yerləşdirməsinin əleyhinə çıxaraq, “şər ölkələri”ndən gələn təhlükəni önləmək məqsədilə Qəbələ radiolokasiya stansiyasından birgə istifadə təklifini verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR