BMT baş katibi: “Kosovoya faktiki müstəqilliyin verilməsi digər ölkələrdəki separatçı qüvvələr üçün presedent olmamalıdır”

BMT baş katibi: “Kosovoya faktiki müstəqilliyin verilməsi digər ölkələrdəki separatçı qüvvələr üçün presedent olmamalıdır”
# 17 iyul 2007 11:12 (UTC +04:00)
“Kosovoya faktiki müstəqilliyin verilməsi digər ölkələrdəki separatçı qüvvələr üçün presedent olmamalıdır”. APA-nın məlumatına görə, bu bəyanatla BMT-nin baş katibi Pan Ki Mun çıxış edib. BMT Təhlükəsizlik Şurasının Kosovonun gələcək statusunu müəyyənləşdirə bilməməsindən narahatlığını ifadə edən baş katib məsələnin uzadılmasını arzuolunmaz adlandırıb: “Münaqişənin həlli prosesinin uzadılması təkcə Balkanlardakı sülh və təhlükəsizliyə deyil, bütün Avropaya mənfi təsir göstərə bilər. Marti Axtisaarinin tövsiyələrində Kosovonun gələcək statusunu müəyyənləşdirmək üçün bütün elementlər əks olunub”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR