Nyu-Yorkda yeraltı buxar borusunun partlaması nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb

Nyu-Yorkda yeraltı buxar borusunun partlaması nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb
# 19 iyul 2007 11:29 (UTC +04:00)
ABŞ-ın Nyu-York şəhərində yeraltı buxar borusunun partlaması nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb. APA-nın ABŞ bürosunun məlumatına görə, partlayış o dərəcədə güclü olub ki, amerikalılara 11 sentyabr terror aktını xatırladıb. Nyu-York meri Maykl Blumberq olayın terror aktı olmadığını, 1924-cü ildə torpağa basdırılan borunun partlaması nəticəsində meydana gəldiyini bəyan edib. Yaxınlıqdakı bəzi binalar partlayışdan ciddi zərər çəkib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR