BMT-nin baş katibi Beynəlxalq Savadlılıq Günü ilə bağlı dünya ölkələrinə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Savadlılıq Günü ilə bağlı dünya ölkələrinə müraciət edib
# 29 avqust 2007 13:33 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun 8 sentyabr - Beynəlxalq Savadlılıq Günü ilə bağlı dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Beynəlxalq Savadlılar Gününün builki mövzusu “Sağlamlıq və savadlılıq”dır. Müraciətdə bildirilir ki, savadlılıq və sağlamlıq arasında bir çox mühüm qarşılıqlı əlaqə mövcuddur: “Bu il BMT Savadlılıq Onilliyinin (2003 2012) yarısı arxada qalır. Lakin bu gün 774 milyon yetkin insanın savadsız olduğu təxmin edilir ki, onların da üçdə ikisi qadındır. 72 milyondan çox uşaq isə məktəbə getmir. Bu rəqəmlər bizə insanların təhsil və savad əldə etmək hüquqlarını tam şəkildə həyata keçirmək üçün hələ görüləcək işlərin çox olduğunu göstərir. Savadlılıq səviyyəsinin yüksəlməsi öz növbəsində ana və uşaq sağlamlığının yaxşılaşdırılması, HİV/AİDS, malyariya və digər xəstəliklərlə mübarizə, həmçinin digər Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində cəhdlərimizə təkan verəcək. Savadlılıq ifrat yoxsulluğun azaldılmasına kömək edir, gender bərabərliyi və ətraf mühitdən davamlı istifadənin təmin olunması imkanlarını yüksəldir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR