BMT binalarının birində zəhərləyici qaz olan fosgen ampulaları tapılıb

BMT binalarının birində zəhərləyici qaz olan fosgen ampulaları tapılıb
# 31 avqust 2007 08:42 (UTC +04:00)
BMT-nin Nyu-York şəhərindəki binalarının birində əsəb sistemini iflic edən zəhərləyici qaz olan fosgen ampulaları tapılıb. APA-nın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, ampulalar İraqın tərksilah edilməsi üzrə BMT komissiyasının bəzi ofislərinin yerləşdiyi binada arxiv sənədlərinin yoxlanılması zamanı aşkarlanıb. Bu maddələri BMT ekspertləri 1996-cı ildə Bağdad yaxınlığındakı kimyəvi zavodların birindən götürərək Nyu-Yorka gətiriblər. BMT və Federal Təhqiqatlar Bürosu fosgenin heç bir təhlükə törətmədiyini açıqlasalar da, hadisə yerinə kimyəvi silahların zərərsizləşdirilməsi üzrə komanda çağırılıb və fosgenin atmosferə qarışmasının qarşısının alınması üçün tədbirlər görülüb.
Qeyd edək ki, fosgen otaq temperaturunda zəhərləyici qaza çevrilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR