Amerikada bir qadın ikinci dəfədir üç uşaq doğub

Amerikada bir qadın ikinci dəfədir üç uşaq doğub
# 01 sentyabr 2007 09:14 (UTC +04:00)
Amerikanın Ohayo ştatında yaşayan Viktoriya Lasita ikinci dəfədir ki, dünyaya üç uşaq gətirib. APA-nın ABŞ bürosunun məlumatına görə, birinci üçəm 2003-cü ildə doğulub. Bu altı uşaqdan əlavə, 39 yaşlı Viktoriya ilə 48 yaşlı Timin əvvəlki nikahlarından 3 uşağı var. Alimlərin bildirdiyinə görə, dünyaya üç uşağın birdən gəlməsi 8 min hadisədən, təkrarən üçəmin olması isə 64 milyon hadisədən bir olur. Lasita ailəsi əvvəlki təcrübəsindən irəli gələrək bildirib ki, 3 uşağın saxlanılması üçün həftədə 300 pampers və 168 butulka süd qarışığı lazımdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR