Amerikalı konqresmen Pol Qillmor müəmmalı şəkildə dünyasını dəyişib

Amerikalı konqresmen Pol Qillmor müəmmalı şəkildə dünyasını dəyişib
# 06 sentyabr 2007 07:54 (UTC +04:00)
ABŞ Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından olan konqresmen Pol Qillmorun cəsədi Vaşinqtondakı evindən tapılıb. APA-nın ABŞ bürosunun məlumatına görə, 68 yaşlı respublikaçı-konqresmenin ölümünün səbəbləri məlum deyil. Günün ikinci yarısında Konqresdə Pol Qilmorun anım mərasimi keçiriləcək. Vyetnam müharibəsinin veteranı olan Pol Qillmor 22 il Ohayo ştatının qanunvericilik orqanında təmsil olunduqdan sonra 1988-ci ildə ABŞ Konqresinə seçilib. Nümayəndələr Palatasının maliyyə komitəsinin üzvü olan Pol Qillmor fond bazarları üzrə alt komitənin aktiv üzvlərindən sayılıb. 2006-cı ildə ABŞ Konqresinin ən varlı üzvləri siyahısında 43 yeri tutan Pol Qillmorun varidatı 6,16 milyon dollardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR