Bank Of Baku

“Feliks” qasırğası 100-ə yaxın adamın ölümünə səbəb olub

“Feliks” qasırğası 100-ə yaxın adamın ölümünə səbəb olub
# 07 sentyabr 2007 08:31 (UTC +04:00)
Nikaraqua və Honduras sahillərində üç gündür tüğyan edən “Feliks” qasırğası nəticəsində azı 98 nəfər ölüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yaşayış məntəqələrindən uzaqda yerləşən çimərliklərdə və cəngəlliklərdə aparılan axtarışlar zamanı xeyli cəsəd tapılıb. Nikaraqua hökuməti digər ölkələrə müraciət edərək kömək istəyib. Hökumət fəlakətin nəticələrinin aradan qaldırılması və zərər çəkənlərə ilk yardımın göstərilməsi üçün 26 milyon dollara ehtiyac olduğunu bildirib. Artıq ABŞ, Yaponiya və Avropa Birliyi ölkələri Nikaraquaya xilasedicilər göndərib.
Qeyd edək ki, sentyabrın 4-də başlayan “Feliks” qasırğası nəticəsində Karib dənizindəki bir neçə ada su altında qalıb. On minlərlə insan yaşadığı yerlərdən evakuasiya edilib. Nikaraquanın Puerto-Kabesas şəhərində 5 mindən çox ev dağılıb. Elektrik xətləri kəsilib. Ümumilikdə Nikaraquada 60 min adam təbii fəlakətdən zərər çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR