Fidel Kastro 11 sentyabr hadisələrini ABŞ hakimiyyətinin törətdiyini bildirib

Fidel Kastro 11 sentyabr hadisələrini ABŞ hakimiyyətinin törətdiyini bildirib
# 12 sentyabr 2007 08:52 (UTC +04:00)
11 sentyabr hadisələrinin ildönümü ilə bağlı Kuba televiziyasında Fidel Kastronun yazısı oxunub. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, F. Kastro Nyu-York və Vaşinqtonda törədilən partlayışlarda ABŞ xüsusi xidmət orqanlarını ittiham edib. ABŞ hakimiyyətinin bütün dünyanı aldatdığını söyləyən Kuba lideri Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin təyyarələrin çırpılması yox, orada törədilən partlayış nəticəsində çökdüyünü, Pentaqonun binasına isə raket zərbəsi endirildiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Venesuela lideri Uqo Çaves də analoji bəyanatla çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR