ABŞ Senatının Alt Komitəsi ölkənin 2008-ci il üçün hərbi büdcəsini təsdiqləyib

ABŞ Senatının Alt Komitəsi ölkənin 2008-ci il üçün hərbi büdcəsini təsdiqləyib
# 12 sentyabr 2007 08:57 (UTC +04:00)
ABŞ Senatının ayırmalar üzrə Alt Komitəsi ölkənin 2008-ci il üçün müdafiə büdcəsini təsdiqləyib. APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, Alt Komitə Polşa və Çexiyada yeni raket hücumundan müdafiə sisteminin quraşdırılması üçün Buşun tələb etdiyi məbləği 27 faiz azaldıb və bu layihə üçün cəmi 225 milyon dollar ayrılıb. Qeyd edək ki, Corc Buş Konqresdən bu layihənin həyata keçirilməsi üçün 310 milyon dollar tələb etmişdi. Ötən ay Nümayəndələr Palatası prezidentin təklifini qəbul etməyərək Polşa və Çexiyada yeni raket hücumundan müdafiə sisteminin quraşdırılması üçün 171 milyon dollar ayırmağa razılıq vermişdi. Bundan başqa Konqres Pentaqona Polşa və Çexiya ilə rəsmi dövlətlərarası saziş imzalanmadan bu ölkələrin ərazisində tikinti işlərinə başlamağı qadağan edib. Qanunvericilərin bu addımı Ağ Ev administrasiyasının narazılığına səbəb olub və onlar ayrılmış məbləğin Avropada yeni raket hücumundan müdafiə sistemi qurmaq üçün kifayət etmədiyini bildiriblər. Bu səbəbdən Senatın ayırmalar üzrə Alt Komitəsi prezident Buşun təklifini yenidən nəzərdən keçirərək məbləği daha 54 milyon dollar artırmağa razı olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR