“Fox-News”: “Vaşinqton İrana qarşı hərbi əməliyyatlar planının müzakirəsini aktivləşdirib”

“Fox-News”: “Vaşinqton İrana qarşı hərbi əməliyyatlar planının müzakirəsini aktivləşdirib”
# 12 sentyabr 2007 10:37 (UTC +04:00)
Müzakirələrin aktivləşməsinin səbəbi Almaniyanın Tehrana qarşı hər hansı sanksiya tətbiq etməkdən imtina etməsidir. Telekanal bildirib ki, hazırda əsas müzakirələr İrana qarşı hərbi əməliyyatların maddi dəyəri və müharibənin mümkün tarixi ətrafındadır. Ehtimallara görə, İrana qarşı hərbi əməliyyatlar ABŞ-da prezident seçkilərinin ilkin turu başa çatdıqdan sonra həyata keçiriləcək. Amerikalı hərbi ekspertlər İrana qarşı əməliyyatların iki variant üzrə keçirilə biləcəyini iddia edir. Birinci variant minimal qüvvə ilə İrana müdaxilə etmək və ölkənin neft və qaz ixracını blokadaya almaqdan ibarətdir. Lakin analizlər bu addımın sadə iranlıların həyatına daha çox təsir edəcəyini, hökumətin isə bundan zərər görməyəcəyini göstərir. İkinci variant isə İranın hərbi və strateji obyektlərinin aramsız bombardman edilməsidir. Hələlik Vaşinqton mümkün hərbi əməliyyatlar ssenarisində bu variantlardan hansına üstünlük verəcəyi ilə bağlı yekun qərar qəbul etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR