ABŞ-ın Hyuston şəhərində türkdilli xalqların festivalı keçirilib

ABŞ-ın Hyuston şəhərində türkdilli xalqların festivalı keçirilib
# 13 sentyabr 2007 08:12 (UTC +04:00)
Sentyabrın 7-8-də ABŞ-ın Hyuston şəhərində türkdilli xalqların festivalı keçirilib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovanın APA-ya verdiyi məlumata görə, təşkilat üzvləri Azərbaycandan gətirilən və milli ənənələrə uyğun müxtəlif suvenirlər, əl işləri ilə bəzədilmiş stend qurublar. İştirakçılara Azərbaycan haqqında sənədli film də nümayiş etdirilib. Valideynlərin rahatlığı üçün uşaq guşəsi də yaradılıb. Festivalda hyustonlular Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Bosniya-Herseqovinanın mədəniyyət və incəsənət nümunələri ilə də tanış olublar. Ümumən 7 mindən çox hyustonlu türk xalqlarının mədəniyyəti, qonaqpərvərliyi, mətbəxi, milli rəqsləri, musiqisi ilə tanışlıq imkanı əldə edib. Festivalın gedişində Osmanlı İmperiyasının ənənəsini davam etdirən hərbi orkestrin çıxışı olub (Mehtər marşı) və Türkiyənin “Ayna” qrupu konsert verib.
Festivalın ənənə halını alması və hər il keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR