Bank Of Baku

ABŞ İrana qarşı 14 tonluq super bomba hazırlayıb

ABŞ İrana qarşı 14 tonluq super bomba hazırlayıb
# 13 sentyabr 2007 08:58 (UTC +04:00)
“İrandakı nüvə obyektlərinə zərbə endirmək üçün ABŞ ordusunun əlində 14 tonluq bomba var. Super bomba yerin dərinliyindəki hədəfləri vurmaq qabiliyyətinə malikdir və bu xarakteristikasına görə Rusiyanın bu yaxınlarda sınaqdan keçirdiyi vakuum bombasından üstündür”. APA-nın xəbərinə görə, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisinin keçmiş müavini, istefada olan general-leytenant Tomas Makinerni “Fox” televiziyasına müsahibəsində deyib. O bildirib ki, Rusiyanın sınaqdan keçirdiyi yeni vakuum bombasının deşici xüsusiyyəti yoxdur: “Bizdəki bombanın nə qədər dərinliyə enə biləcəyini deyə bilmərəm, amma İranda Əhmədinejadın elə obyekti yoxdur ki, onu vura bilməyək”.
T. Makinerni Vaşinqtondakı hakimiyyət dəhlizlərində İrana qarşı hərbi əməliyyat ssenarilərinin müzakirəsinin başlandığına dair suala cavab olaraq deyib ki, Almaniyanın İrana qarşı sanksiyalarda iştirakdan imtina etməsindən sonra ABŞ-ın başqa yolu qalmayıb. Generalın sözlərinə görə, İrana şiddətli aviasiya zərbələri endirilməsi daha məqsədəuyğundur. O bildirib ki, bu cür bombardmanı “Stells” texnologiyası üzrə hazırlanmış 65-70 təyyarə, eləcə də 400 adi hərbi təyyarə həyata keçirməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR