Luçano Pavarottinin vəsiyyəti açıqlanıb

Luçano Pavarottinin vəsiyyəti açıqlanıb
# 13 sentyabr 2007 10:04 (UTC +04:00)
Bu yaxınlarda vəfat etmiş məşhur tenor Luçano Pavarottinin vəsiyyəti açıqlanıb. APA-nın məlumatına görə, vəsiyyətnaməni notarius Luçano Buonanno elan edib. O bildirib ki, dünya şöhrətli sənətçinin mirasının 50 faizi onun 4 qızı arasında bölünəcək. Qızlardan üçü Culiana, Kristina və Lorensa onun ilk nikahından, Aliçe adlı qızı isə sonuncu nikahından dünyaya gəlib. Mirasın 25 faizi mərhumun dul qalmış həyat yoldaşı Nikoletta Mantovaniyə çatacaq. Digər 25 faizlik “ehtiyat” hissə isə konkret heç kimə vəsiyyət edilməyib. İtaliya mətbuatı bu hissənin L. Pavarottinin bacısı Lella, yaxın dostları və işçiləri arasında bölünəcəyini yazıb. Vəsiyyətnamə bu il iyulun 29-da iki şahidin iştirakı ilə İtaliyanın Pezaro şəhərində tərtib olunub. Sənətçinin mirasının həcmi 200 milyon avro məbləğində qiymətləndirilir.
Xatırladaq ki, 71 yaşlı L. Pavarotti sentyabrın 6-da vəfat edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR