Bank Of Baku

ABŞ İran prezidenti Mahmud Əhmədinejada ölkəyə səfər üçün viza verib

ABŞ İran prezidenti Mahmud Əhmədinejada ölkəyə səfər üçün viza verib
# 17 sentyabr 2007 07:35 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasının növbəti sessiyasının açılış mərasimində iştirak etmək üçün sentyabrın sonunda ABŞ-a gedəcək. APA-nın məlumatına görə, ABŞ bunun üçün İran prezidentinə səfər vizası verməyə razılaşıb. Bundan başqa Tehran İran nümayəndə heyətinə daxil olan 100-dən çox şəxsə viza verilməsi üçün Vaşinqtona sorğu göndərib. Tehranla Vaşinqton arasında BMT-nin mənzil-qərargahı ABŞ-da yerləşdiyinə görə, bu ölkə qurumun tədbirlərinə qatılmaq istəyən xarici dövlət başçılarına viza verir. Mahmud Əhmədinejad öz ənənəsinə sadiq qalaraq ABŞ prezidenti Corc Buşu mövcud problemləri BMT Baş Assambleyasının sessiyası çərçivəsində müzakirə etməyə çağırıb: “Mən Buşu debatlara dəvət etmişdim. Bir daha təkrar edirəm, gəl problemlərimizi BMT Baş Assambleyasında bütün dövlətlərin rəhbərlərinin gözü qarşısında müzakirə edək. İraq və digər məsələlərlə bağlı fikirlərimizi bölüşək. Qoy, ictimai rəy kimin düz, kimin səhv olduğunu müəyyənləşdirsin. Biz də öz həll variantlarımızı təklif edək”. Qeyd edək ki, ötən il də İran prezidenti amerikalı həmkarını BMT Baş Assambleyasında debatlara dəvət etsə də, Ağ Ev bu çağırışı təxribat kimi dəyərləndirərək, görüşdən imtina etmişdi. Əhmədinejad ABŞ-ın rədd cavabını “Vaşinqton böyük İran xalqının məntiqindən qorxdu” kimi dəyərləndirmişdi. Xatırladaq ki, İranda baş verən İslam İnqilabından sonra Vaşinqtonla Tehran arasında diplomatik münasibətlər dondurulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR