Hillari Klinton Miçiqan ştatında keçirilən ilkin seçkidə qalib gəlib
16 yanvar 2008 08:17 (UTC +04:00)
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, demokratların namizədləri Barak Obama və Con Edvards partiyadaxili fikir ayrılıqları üzündən bu ştatdakı ilkin seçkiyə qatılmayaraq, tərəfdarlarını digər namizədlərin əleyhinə səs verməyə çağırıblar. Seçicilərin 40 faizi bu çağırışa əməl edib, 55 faizi isə Hillari Klintona səs verib. Respublikaçılar daxilindəki seçkilərdə isə Mitt Romni qalib gəlib. Miçiqanın sabiq qubernatoru Corc Romninin oğlu olan Mitt 39 faiz səs toplayıb. Onun rəqibləri Con Makkeyn 30, Mayk Hakkabi isə 16 faiz səs alıblar. Bu nəticələr respublikaçılar daxilindəki namizədlik yarışında açıq favoritin olmadığını göstərir. /APA/
Amerika
ABŞ: Biz İran prezidentinin və xarici işlər nazirinin helikopterinin sərt enişi ilə bağlı xəbərləri izləyirik
19:57
19 may 2024
Husilər Qırmızı dənizdə tankerə hücum edib
08:24
19 may 2024
Quterreş: “Yaxın Şərq ancaq Fələstinin yaradılmasından sonra sakitləşəcək”
05:31
19 may 2024
Tramp: “Baydenin IQ səviyyəsi aşağıdır”
04:58
19 may 2024