Bank Of Baku

ABŞ Pakistana hərbi yardım təklif edib

ABŞ Pakistana hərbi yardım təklif edib
# 25 yanvar 2008 09:03 (UTC +04:00)
ABŞ terrorçularla mübarizə məqsədilə Pakistana məhdud hərbi kontingent göndərməyə hazırdır. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Robert Geyts açıqlayıb. O bildirib ki, bu təşəbbüs Pakistandan gəlməlidir: “Biz hərbçilərə hazırlıq keçmək və əməliyyatlarda iştirak etmək də daxil olmaqla, müttəfiqlərimizə istənilən köməyi göstərməyə hazırıq”. R. Geyts hələlik Pakistan prezidenti Pərviz Müşərrəfin belə bir xahişlə müraciət etmədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR