BMT-nin baş katibinin Beynəlxalq Anma Günü münasibətilə müraciət yayılıb
25 yanvar 2008 14:55 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Munun Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma Günü münasibətilə müraciəti yayılıb. BMT-nin Bakıdakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə deyilir: “Biz dünyanın hər yerində sağ qalan Holokost qurbanları və onların ailələri ilə həmrəyik. Holokostu inkar edən və ya bu hadisənin şişirdildiyini iddia edənlərə cavab olaraq bildiririk ki, nasistlər və onların əlaltıları tərəfindən qətlə yetirilən hər bir günahsız kişinin, qadının, uşağın xatirəsinin anılmasında israrlıyıq. Biz bəşəriyyətin gələcək inkişafına misilsiz töhfələr verə biləcək yəhudi millətinin üçdə bir hissəsi ilə yanaşı, digər azlıqların nümayəndələrinin də sistemli şəkildə soyqırımı nəticəsində həlak olmasından təəssüflənirik”.
Qeyd edək ki, Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma Günü yanvarın 27-də qeyd olunur. /APA/
Qeyd edək ki, Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma Günü yanvarın 27-də qeyd olunur. /APA/
Amerika
Panamada ümumi seçkilər başlayıb
18:45
5 may 2024
Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir
09:13
5 may 2024
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib
08:54
5 may 2024
Sallivan: "ABŞ-nin Ukraynaya yardımı Rusiyaya mane olmayacaq"
05:18
5 may 2024