Rudolf Culiani və Con Edvards prezidentliyə namizədlik yarışından çəkiliblər
31 yanvar 2008 09:30 (UTC +04:00)
Nyu-Yorkun keçmiş meri Rudolf Culiani respublikaçılar daxilindəki prezidentliyə namizədlik yarışından çəkildiyini rəsmən açıqlayıb. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, R. Culiani Kaliforniyadakı Ronald Reyqan kitabxanasında çıxışında öz tərəfdarlarını senator Con Makkeyni dəstəkləməyə çağırıb. Sabiq merin çıxışı zamanı C. Makkeyn də tribunada olub. Xatırladaq ki, R. Culiani Florida ştatında keçirilən ilkin seçkidə 3-cü olduqdan sonra yarışdan çəkilməyi qərarlaşdırıb. Bundan sonra mübarizə Con Makkeyn və Mitt Romni arasında gedəcək. Bu mübarizənin favoriti 22 ştatda ilkin seçkinin keçiriləcəyi 5 fevralda bəlli olacaq.
Demokratlar daxilində isə Con Edvards seçki kampaniyasında iştirakını dayandırıb. Nyu-Orleandakı çıxışında o, kənara çəkilməyin vaxtı çatdığını söyləyib. Namizədlik uğrunda mübarizədə Hillari Klinton və Barak Obamadan xeyli geridə qalan C. Edvards hansı namizədi dəstəklədiyini açıqlamayıb. /APA/

Amerika
Pentaqon Ayın hərbiləşdirilməsi ehtimalına şübhə ilə yanaşır
05:23
1 may 2024
Quterreş: "Rəfah əməliyyatı fəlakətli nəticələrə səbəb ola bilər"
04:49
1 may 2024
ABŞ-nin sanksiyalar üzrə koordinatoru gürcüstanlı deputatlarla danışıb
03:09
1 may 2024
ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb
02:25
1 may 2024