Bank Of Baku

Bu gün ABŞ-da “super çərşənbə axşamı”dır

Bu gün ABŞ-da “super çərşənbə axşamı”dır
# 05 fevral 2008 09:49 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, “super çərşənbə axşamı” adlandırılan bu gün demokratların namizədləri 22 ştatda və bir ərazi vahidində yarışacaqlar. Bu ştatların 15-də “praymeriz”, 7 ştat və bir ərazi vahidində isə “kokus”lar olacaq və Hillari Klintonla Barak Obama demokratların ümummilli qurultayına mümkün qədər çox nümayəndə göndərmək uğrunda mübarizə aparacaqlar. İndiyə qədər keçirilmiş ilkin seçkilər nəticəsində H. Klinton 232 qurultay nümayəndəsinin səsini, B. Obama isə 158 nümayəndənin səsini əldə edib. Rəsmən prezidentliyə namizəd olmaq üçün azı 2025 qurultay nümayəndəsinin dəstəyini qazanmaq lazımdır. Bu gün ərazisində seçkilər ilkin keçiriləcək ən vacib ştatlar 370 nümayəndənin seçiləcəyi Kaliforniya, 232 nümayəndənin seçiləcəyi Nyu-York, 153 nümayəndənin seçiləcəyi İllinoys və 107 nümayəndənin seçiləcəyi Nyu-Cersidir.
Respublikaçıların namizədləri isə 21 ştatda mübarizə aparacaqlar. Bu ştatların 15-də praymeriz, 5-də “kokus”, birində isə seçicilərin konvensiyası keçiriləcək. Namizədlər - senator Con Makkeyn indiyə qədər 97 nümayəndənin səsini, Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni 92 nümayəndənin, Arkanzasın keçmiş qubernatoru Mayk Hakkabi 29 nümayəndənin, konqresmen Ron Pol isə 6 nümayəndənin səsini əldə edib. Prezidentliyə respublikaçıların rəsmi namizədi olmaq üçün ümummilli qurultayın azı 1191 nümayəndəsinin dəstəyini qazanmaq lazımdır. Bu gün ərazisində ilkin seçkilər keçiriləcək ən vacib ştatlar 170 nümayəndənin müəyyənləşəcəyi Kaliforniya, 101 nümayəndənin seçiləcəyi Nyu-York, 72 nümayəndənin seçiləcəyi Corciya və 58 nümayəndənin müəyyənləşəcəyi Missuridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR