Bank Of Baku

MKI-nin direktoru yaxalanan “Əl-Qaidə” üzvlərinə işgəncə verdiklərini etiraf edib

MKI-nin direktoru yaxalanan “Əl-Qaidə” üzvlərinə işgəncə verdiklərini etiraf edib
# 06 fevral 2008 09:39 (UTC +04:00)
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, M. Heyden bu etirafı Senatın kəşfiyyat üzrə komitəsindəki çıxışında səsləndirib. O bildirib ki, MKİ 5 il əvvəl “Əl-Qaidə” üzvləri Xalid Şeyx Məhəmməd, Əbu Zübeyd və Əbd Rahim Naşiriyə qarşı “boğulma imitasiyası” (məhbusları suda boğmaq) adlanın üsuldan istifadə edib: “Biz o vaxtkı vəziyyətlə əlaqədar həmin şəxslərə qarşı bu metoddan istifadə etmişdik. Çünki 11 sentyabrdan sonra ABŞ-a qarşı əlavə terror zərbələri endirilməsinin qaçılmaz olduğuna dair əminlik vardı. Biz “Əl-Qaidə” və onun iş mexanizmi haqda məhdud informasiyalara malik idik”.
Qeyd edək ki, Konqresdə MKİ-yə işgəncə metodlarından istifadənin qadağan edilməsi barədə təkliflər səslənsə də, prezident Corc Buş bununla bağlı qəbul olunacaq qanuna veto qoyacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR