Bank Of Baku

Hillari Klinton öz seçki fonduna şəxsi hesabından 5 milyon dollar köçürüb

Hillari Klinton öz seçki fonduna şəxsi hesabından 5 milyon dollar köçürüb
# 07 fevral 2008 10:08 (UTC +04:00)
ABŞ-APA. ABŞ prezidentliyinə namizəd olmaq uğrunda mübarizə aparan Hillari Klinton öz seçki fonduna şəxsi hesabından 5 milyon dollar köçürüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, H. Klinton seçki kampaniyasında uğur qazanacağına inandığı üçün bu qərara gəldiyini bildirib: “Yanvar ayında tərəfdarlarımdan mənim seçki fonduma rekord məbləğdə ianələr toplanıb. Amma rəqibim Barak Obama daha çox vəsait cəlb etməyə nail olub”. H. Klinton 3 gün ərzində 3 milyon dollar əlavə vəsait toplamaq üçün yeni sayt yaradacağını açıqlayıb. “The Time” jurnalı isə yazıb ki, H. Klintonun bəzi köməkçiləri və seçki kampaniyasının rəhbəri əməkhaqqı almaqdan imtina ediblər.
Xatırladaq ki, fevralın 5-də 20-dən çox ştatda keçirilən ilkin seçkilər demokratlar daxilində qalibi müəyyən etməyib. B. Obama 14, H. Klinton isə 8 ştatda qalib gəlib. Amma demokratların prezidentliyə rəsmi namizədinin elan olunacağı ümummilli qurultayda iştirak edəcək nümayəndələrin sayına görə H. Klinton irəlidədir. İndiyə qədər keçirilmiş “praymeriz”lərdə H. Klintonu dəstəkləyən 900, B. Obamanı dəstəkləyən 824 nümayəndə seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR