Bank Of Baku

ABŞ-ın bir neçə şəhərində qanlı olaylar baş verib

ABŞ-ın bir neçə şəhərində qanlı olaylar baş verib
# 08 fevral 2008 09:09 (UTC +04:00)
ABŞ-ın Missuri ştatının Kirkvud şəhərində silahlı şəxs əvvəlcə polis məntəqəsinin ətrafında, sonra isə şəhər şurasının binasında qətllər törədib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yerli polisin nümayəndəsi Luis Treysi Panas hadisə zamanı 5 nəfərin öldüyünü açıqlayıb. O bildirib ki, silahlı kişi əvvəlcə polis məntəqəsinə yaxınlaşaraq bir polis zabitini, sonra şəhər Şurasına gedərək binanı mühafizə edən polisi güllələyib və iclas gedən zala daxil olaraq atəş açıb. Nəticədə daha 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Özünü yetirən polislər qatili neytrallaşdırıblar.
Qeyd edək ki, son 2 gün ərzində ABŞ-ın Los-Anceles və Portsmut şəhərlərində də qanlı insidentlər baş verib. Los-Ancelesdə bir nəfər özünün üç qohumunu güllələyib və evdə gizlənib. Polislər 6 saat ərzində onunla danışıqlar aparsalar da, nəticəsi olmayıb. Əməliyyata başlayan xüsusi təyinatlılar cinayətkarı məhv ediblər. Bir polis əməkdaşı həlak olub. Portsmutda isə bir kişi həyat yoldaşının dərs keçdiyi orta məktəbin sinif otağına daxil olaraq şagirdlərin gözü qarşısında onu güllələyib. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Kişi isə evə qayıdaraq intihar edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR