Bank Of Baku

Con Makkeynin prezidentliyə namizədliyi qətiləşib

Con Makkeynin prezidentliyə namizədliyi qətiləşib
# 08 fevral 2008 10:33 (UTC +04:00)
Vaşinqton APA. Respublikaçılar Partiyasının prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirilən ilkin seçkidə iştirak edən Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni yarışdan çəkildiyini açıqlayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, M. Romni bunu Vaşinqtonda keçirilən mühafizəkar siyasi fəaliyyətlərə dair illik konfransdakı çıxışında deyib. Onun qərarından sonra respublikaçıları seçkidə senator Con Makkeynin təmsil edəcəyi qətiləşib. C. Makkeyn hazırda “praymeriz”in lideridir və indiyədək 13 ştatda qalib gələrək 4,7 milyon səs toplayıb və qarşıdakı qurultayın 714 nümayəndəsinin dəstəyini qazanıb. Prezidentliyə rəsmi namizəd olmaq üçün respublikaçıların 1191 qurultay nümayəndəsinin səsini almaq lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR