Bank Of Baku

Barak Obama Hillari Klintona çatır

Barak Obama Hillari Klintona çatır
# 11 fevral 2008 09:31 (UTC +04:00)
ABŞ APA. Fevralın 10-da ABŞ-ın Men ştatında demokratlar arasında keçirilən ”kokus”da (seçki toplantısı) Barak Obama qalib gəlib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səsvermədə iştirak edən seçicilərin 2079-u Barak Obamanı, 1396-sı isə Hillari Klintonu dəstəkləyib. Beləliklə, B. Obama bu ştatdan ümummilli qurultaya 15, H. Klinton isə 9 nümayəndə seçdirib.
Xatırladaq ki, fevralın 9-da Luiziana, Nebraska, Vaşinqton və Virciniya adalarında keçirilən ilkin seçkilərdə də B. Obama zəfər qazanıb. Fevralın 12-də isə Virciniya, Merilend ştatları və Kolumbiya dairəsində ilkin seçki keçiriləcək. İndiyə qədər keçirilən ilkin seçkilərdə H. Klinton 1148, B. Obama isə 1121 nümayəndə seçdirə bilib. Demokratlar Partiyasında prezidentliyə rəsmi namizəd olmaq üçün 2025 qurultay nümayəndəsinin dəstəyi tələb olunur. Son uğursuzluqlardan sonra H. Klinton seçki qərargahının rəhbərini dəyişdirib. Patti Solis Doylun yerinə bu vəzifəyə Meqqi Uilyams təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR