Bank Of Baku

Barak Obama Hillari Klintonu geridə qoyub

Barak Obama Hillari Klintonu geridə qoyub
# 13 fevral 2008 08:54 (UTC +04:00)
APA-nın ABŞ mənbələrinə istinadən verdiyi məlumata görə, demokratlar daxilindəki yarışda Barak Obama ilk dəfə olaraq rəqibi Hillari Klintonu üstələyib. İndiyədək qələbə çaldığı ştatların sayına görə irəlidə olan tünd dərili senator ümummilli qurultaya göndəriləcək nümayəndələrin sayına görə də önə keçib. CBS telekanalı B. Obamanın 1223, H. Klintonun 1161, CNN isə B. Obamanın 1202, H. Klintonun 1184 nümayəndənin dəstəyini qazandığı barədə məlumat yayıb. Prezidentliyə rəsmi namizəd olmaq üçün azı 2025 nümayəndənin dəstəyi lazımdır. B. Obama artıq 21 ştatda zəfər əldə edib.
Con Makkeyn isə 789 nümayəndənin dəstəyini qazanıb və 241 səsi olan rəqibi Mayk Hakkabidən xeyli irəlidədir. Respublikaçıların ümummilli qurultayında prezidentliyə rəsmi namizəd olmaq üçün 1191 nümayəndənin səsi lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR