Bank Of Baku

Kondoliza Rays Rusiyanı tənqid edib, Senatda isə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə dəstək verən qətnamə qəbul olunub

Kondoliza Rays Rusiyanı tənqid edib, Senatda isə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə dəstək verən qətnamə qəbul olunub
# 14 fevral 2008 09:25 (UTC +04:00)
Vaşinqton APA. ABŞ dövlət katibi Kondoliza Rays Rusiya rəhbərliyinin xarici siyasət ritorikasını tənqid edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə senator Riçard Luqar Rusiya prezidenti Vladimir Putinin Ukraynanın NATO-ya daxil olacağı təqdirdə Moskvanın öz raketlərini bu ölkəyə doğru tuşlayacağı barədə bəyanatına toxunub. O, raket hücumundan müdafiə sahəsində ABŞ-la əməkdaşlıq edən Polşa və Çexiyanın ünvanına da analoji hədələrin səsləndiyini söyləyib. Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandırdığını, strateji aviasiyanın uçuşlarını bərpa etdiyini, “Qazprom”un qonşu ölkələrə qarşı siyasətini xatırladaraq V. Putinin NATO sammitinə dəvət olunmasının nə dərəcədə məqsədəuyğun olduğu məsələsini qaldırıb. K. Rays isə bildirib ki, Moskvanın faydalı olmayan, tənqidə layiq ritorikası qəbuledilməzdir və qarşılıqlı əməkdaşlıqda mövcud olan pozitiv məqamlara kölgə salır. Müzakirələrdən sonra Senatın Xarici Əlaqələr Komitəsi Ukrayna və Gürcüstanın tezliklə NATO-ya üzvlüklə bağlı fəaliyyət planına qoşulmasına dəstək verən qətnamə layihəsini yekdilliklə qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR