Bank Of Baku

Con Makkeyn keçmiş rəqibindən dəstək alıb

Con Makkeyn keçmiş rəqibindən dəstək alıb
# 15 fevral 2008 15:04 (UTC +04:00)
ABŞ APA. Respublikaçılar daxilində keçirilən prezidentliyə namizədlik yarışından çəkilən Mitt Romni “praymeriz”də senator Con Makkeyni dəstəkləmək qərarına gəlib. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, M. Romni indiyədək keçirilmiş “praymeriz”lərdə seçilmiş və onu dəstəkləyən 280 nümayəndəni ümummilli qurultayda C. Makkeynə səs verməyə çağırıb: “Senator Makkeynin namizədliyini dəstəkləmək mənim üçün şərəfdir”. M. Romninin bu bəyanatından sonra C. Makkeyni dəstəkləyən 840 nümayəndəyə 280 nəfər də əlavə olunub və beləliklə, senatorun respublikaçıların prezidentliyə rəsmi namizədi olacağı qətiləşib.
Xatırladaq ki, M. Romni fevralın 7-də seçki kampaniyasında iştirakını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR