Bank Of Baku

Barak Obama Havay ştatında da zəfər qazanıb

Barak Obama Havay ştatında da zəfər qazanıb
# 21 fevral 2008 08:20 (UTC +04:00)
Vaşinqton - APA. Senator Barak Obama Havay ştatında keçirilən ilkin seçkilərdə də qalib gəlib. APA-nın “ABS News”a istinadən verdiyi məlumata görə, səslərin yarısı sayıldıqdan sonra B. Obamanın rəqibi Hillari Klintonu böyük fərqlə geridə qoyduğu məlum olub. Belə ki, B. Obama səslərin ¾-nü, H. Klinton isə ¼-ni toplayıb. Bu, tünd dərili senatorun ardıcıl qazandığı 10-cu qələbədir. Demokratlar daxilində növbəti “praymeriz”lər martın 4-də Texas, Ohayo, Vermont və Rod-Aylend ştatlarında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR