Bank Of Baku

Robert Veksler Barak Obamanın namizədliyini dəstəkləyəcəyini bəyan edib

Robert Veksler Barak Obamanın namizədliyini dəstəkləyəcəyini bəyan edib
# 02 mart 2008 10:24 (UTC +04:00)
R. Veksler APA-nın ABŞ bürosuna açıqlamasında bildirib ki, Barak Obama Vaşinqtonda mövcud olan ab-havanı dəyişmək və siyasətə müsbət dəyişiklik gətirmək gücündə olan namizəddir. O, fikrini əsaslandırmaq üçün Barak Obamanın ABŞ-la soyuq müharibə şəraitində olan İran və Şimali Koreya kimi ölkələrlə heç bir şərtsiz danışıqlara başlayacağı barədə verdiyi bəyanatı xatırladıb. Konqresmen Barak Obamanın ermənipərəst olması barədə fikirlərlə razılaşmayaraq, prezidentliyə namizədin hələ türk icmasının üzvləri ilə görüşmədiyini deyib: “Bundan əvvəl prezidentlər Bill Klinton və Corc Buş da seçilməmişdən əvvəl qondarma “erməni soyqırımı”nı tanıyacaqları barədə vədlər versələr də, sonda bunu etməyiblər. Prezidentliyə namizəd vədlər verə bilər, lakin ölkənin maraqlarına xələl gətirəcək konkret addımlara gəldikdə, hər bir prezident müəyyən faktorları nəzərə almalı olacaq. ABŞ müttəfiq Türkiyə dövlətinə hörmətlə yanaşır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR