Bank Of Baku

ABŞ-ın Memfis şəhərində kütləvi qətl törədilib

ABŞ-ın Memfis şəhərində kütləvi qətl törədilib
# 04 mart 2008 07:43 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ kütləvi informasiya vasitələri olayı son 35 il ərzində Memfisdəki ən qorxunc kütləvi qətl adlandırırlar. Yerli polisin nümayəndəsi Cerri Quinn ölənlərdən ikisinin uşaq olduğunu və bıçaq zərbələri ilə qətlə yetirildiklərini söyləyərək cinayətin motivlərini hələlik bilmədiklərini deyib. Biri 10 aylıq körpə olan daha üç uşaq yaralı halda aşkarlanaraq xəstəxanaya aparılıb. Onlara da bıçaqla xəsarət yetirildiyi bildirilir. Hadisə barədə polisə məhv edilmiş ailənin yaxınlarından biri, həmin evdə yaşayan qadın xəbər verib. O, qapını dəfələrlə döyməsinə baxmayaraq, heç kim qapını açmayıb. Evə gələn polislər qapını sındıraraq içəri giriblər və otaqlarda 6 meyit aşkarlayıblar. Ölənlərin şəxsiyyəti hələlik açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR