Bank Of Baku

Hillari Klinton ABŞ-da keçirilən növbəti “praymeriz”lərdə qalib gəlib

Hillari Klinton ABŞ-da keçirilən növbəti “praymeriz”lərdə qalib gəlib
# 05 mart 2008 08:32 (UTC +04:00)
APA-nın ABŞ mənbələrinə istinadən verdiyi məlumata görə, senator H. Klinton ən böyük ştatlardan olan Ohayoda 60% səs toplayaraq böyük fərqlə zəfər qazanıb. Daha bir böyük ştat Texasda da rəqibini üstələyən sabiq birinci ledi Rod-Aylenddə də qələbə çalaraq vahid namizəd seçilmək şansını artırıb. Adı çəkilən 4 ştatda vahid namizədin elan olunacağı ümummilli qurultaya ümumilikdə 370 nümayəndə seçilib. Hələlik bu nümayəndələrin iki namizəd arasında necə bölündüyü dəqiqi bəlli olmasa da, H. Klintonun daha çox səs qazandığı bəllidir. Xatırladaq ki, bu seçkilərə qədər B. Obama 1378, H. Klinton isə 1269 nümayəndə seçdirə bilmişdi. Prezidentliyə demokratların rəsmi namizədi olmaq üçün 2025 nümayəndənin dəstəyinə ehtiyac var. Ohayodakı qələbədən sonra tərəfdarlarının qarşısında çıxış edən H. Klinton bildirib ki, indiyədək bu ştatda qalib gələ bilməyən heç bir siyasətçi ABŞ prezidenti seçilə bilməyib.
Qeyd edək ki, H. Klintonla B. Obama arasındakı mübarizənin aqibəti yerdə qalan 12 ştatda keçiriləcək ilkin seçkidən sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR