Bank Of Baku

ABŞ Nümayəndələr Palatası Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul edib

ABŞ Nümayəndələr Palatası Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul edib
# 02 aprel 2008 10:03 (UTC +04:00)
Vaşinqton APA. ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul olunub. APA-nın “Associated Press“ə istinadən verdiyi məlumata görə, qətnamə müəllifləri qətlin arxasında Rusiya hakimiyyətinin dayandığını güman edirlər. Sənəddə dövlət katibi Kondoliza Rays və prezident Corc Buşdan cinayətin təhqiqatının aparılması işinə dəstək vermələri xahiş olunur. Respublikaçı konqresmen Hovard Berman bildirib ki, Litvinenkonun ölümü Rusiya hökumətinin öz əleyhdarlarına qarşı hansı yolla mübarizə apardığına dair narahatlıq dolu suallar doğurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR