Bank Of Baku

BMT-nin reklam çarxında məşhur simalar çəkiləcək

BMT-nin reklam çarxında məşhur simalar çəkiləcək
# 05 aprel 2008 08:19 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. BMT İnkişaf Proqramının yoxsulluq, aclıq və yoluxucu xəstəliklərlə mübarizəyə həsr olunmuş reklam çarxında 50-dək məşhur şəxs yer alacaq. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, reklamda idman dünyasının məşhur simaları, BMT-nin xoşməramlı səfirləri rusiyalı tennisçi Mariya Şarapova, amerikalı basketbolçu Lebron Ceyms, braziliyalı futbol ulduzu Ronaldo və fransalı keçmiş futbol ulduzu Zinəddin Zidan da rol alacaq. Populyar incəsənət xadimləri, moda və biznes aləminin nümayəndələri də görüntüyə gələcəklər.
Qeyd edək ki, BMT-nin məlumatına əsasən dünyada 1 milyarda yaxın insan ifrat yoxsulluqdan əziyyət çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR