Bank Of Baku

Quam adasında demokratlar daxilində keçirilən seçici toplantısında Barak Obama 7 səs fərqi ilə qalib gəlib

Quam adasında demokratlar daxilində keçirilən seçici toplantısında Barak Obama 7 səs fərqi ilə qalib gəlib
# 04 may 2008 09:21 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, səsvermədə 4 min 521 ada sakini iştirak edib və Barak Obama rəqibi Hillari Klintonu cəmi 7 səs üstünlüyü ilə qabaqlayıb. Quam adası demokratların prezidentliyə rəsmi namizədinin elan olunacağı ümummilli qurultaya 4 nümayəndə göndərəcək. Quamdakı seçkiyə qədər B. Obama 1747, H. Klinton isə 1608 qurultay nümayəndəsinin dəstəyini qazanmışdı. Prezidentliyə demokratların rəsmi namizədi olmaq üçün 2 min 25 səs qurultay nümayəndəsinin səsinə ehtiyac var.
Növbəti ilkin seçkilər mayın 6-da İndiana və Şimali Karolinada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR