Bank Of Baku

Barak Obama: “1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır”

Barak Obama: “1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır”
# 18 iyun 2008 08:32 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, Senatın üzvü olan prezidentliyə namizəd Barak Obama dinləmələr ərəfəsində Amerika Erməni Milli Komitəsinin rəhbəri Ken Haçikyana məktub göndərib. Məktubda deyilir: “Mən sizinlə razıyam ki, 1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır. Biz bu faciəvi hadisələri tanımalıyıq. Buş administrasiyasının bunu etməməsinin heç bir əsası yoxdur və biz administrasiyanın mövqeyini dəyişmək üçün işlərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, B. Obama 2006-cı ildə Con Evansın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsindən çıxarılmasını da pisləmişdi. Xatırladaq ki, C. Evans səfir işlədiyi dövrdə uydurma “erməni soyqırımı”nı tanıması barədə bəyanat vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR