Bank Of Baku

ABŞ-da yaşayan müsəlmanların siyahıyaalınması aparılacaq

ABŞ-da yaşayan müsəlmanların siyahıyaalınması aparılacaq
# 18 iyun 2008 09:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ-ın bir sıra hüquq-müdafiə və statistika təşkilatları ölkədə yaşayan müsəlmanların siyahıyaalınmasını həyata keçirəcəklər. APA-nın “USA Today” qəzetinə istinadən yaydığı məlumata görə, bu kampaniyanın təşkilatçıları hesab edirlər ki, yeni tədqiqat amerikalı müsəlmanların sayı və etnik mənsubiyyəti haqqında daha dəqiq informasiya əldə etməyə imkan verəcək. Tədqiqatın nəticələri 2009-cu ilin əvvəlində açıqlanacaq. Qəzet yazır ki, 2001-ci ildə Amerika-İslam Münasibətləri Şurasının (The Council on American Islamic Relations - CAIR) apardığı tədqiqata əsasən ABŞ-da 6-7 milyon müsəlman yaşayır. Onların 33 faizi Cənubi Asiya əsilli, 30 faizi afrikalı, 25 faizi isə ərəbdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR