ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 54 411 yoluxma halı qeydə alınıb, 980 nəfər vəfat edib.
APA-nın “Worldometer” saytına istinadən verdiyi xəbərə görə, ABŞ-da indiyədək koronavirusa yoluxanların sayı 7 780 586 nəfərə çatıb.
ABŞ-da COVID-19-dan ölənlərin sayı 216 889 nəfərdir.