ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyəyə səfər edəcək.
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, C. Cefri 22-28 avqust tarixlərində Cenevrə, İstanbul və Ankarada səfərdə olacaq.
Amerikalı diplomat Cenevrədə beynəlxalq tərəfdaşlarla, BMT-nin Suriya üzrə xüsusi elçisi Geir Pedersen və avqustun 24-də keçiriləcək Suriya ilə bağlı Konstitusiya Komitəsinin iclasında iştirak edəcək digər həmkarları ilə görüşəcək.
Avqustun 26-da ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi İstanbulda Suriyadakı son vəziyyəti, o cümlədən Bəşər Əsəd rejiminə qarşı iqtisadi və siyasi təzyiq kampaniyasını müzakirə etmək üçün Suriyanın müxalifət qrupları və Suriya vətəndaş cəmiyyətinin digər üzvləri ilə görüşəcək.
Avqustun 27-28-də C. Cefri ABŞ və Türkiyə arasında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün Ankaraya gedəcək. O, burada Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.