Azərbaycanda banklarda yerləşdirilən əmanətlərin cəmi 5%-i regionların payına düşür - TƏHLİL

Azərbaycanda banklarda yerləşdirilən əmanətlərin cəmi 5%-i regionların payına düşür - <span style="color: red;">TƏHLİL
# 14 iyun 2016 13:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin mayın 1-nə Azərbaycan əhalisinin banklarda yerləşdirdiyi əmanətlərinin həcmi 7 mlrd. 684 mln. 958,1 min manata bərabər olub ki, bunun da 7 mlrd. 157 mln. 361,6 min manatı Bakı şəhərinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ölkə üzrə banklarda yerləşdirilən əmanətlərin 93,13%-i paytaxtın payına düşüb. Bakıda banklarda yerləşdirilən əmanətlərin valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, əmanətlərin 1 mlrd. 162 mln. 331,7 min manatı və ya 16,24%-i milli valyutada, 5 mlrd. 995 mln. 29,9 min manatı və ya 83,76%-i xarici valyutada yerləşdirilib. Hesabat dövründə Bakı şəhəri üzrə banklardakı əmanətlərin orta faiz dərəcəsi 6% təşkil edib.

Banklara yatırılan əmanətlərin həcminə görə siyahıda Bakıdan sonra Abşeron iqtisadi rayonu gəlir. Bu iqtisadi rayonda əhalinin banklara yatırdığı əmanətlərin həcmi 176 mln. 726 min manat olub ki, bunun da 51 mln. 423,5 min manatı və ya 29,1%-i milli valyutada, 125 mln. 302,5 min manatı və ya 70,9%-i xarici valyutada yerləşdirilib. Abşeron iqtisadi rayonu üzrə cəlb edilən əmanətlərin orta faiz dərəcəsi 6,9%-ə bərabər olub.

Ümumiyyətlə, ölkə üzrə banklardakı əmanətlərin 95,43%-i Bakı şəhəri və Abşeron iqtisadi rayonunda cəmləşib.

Gəncə-Qazax iqtisadi rayonunda banklarda əhalinin 112 mln. 921 min manatlıq əmanəti var ki, bunun da 55 mln. 207 min manatı və ya 48,9%-i manatla, 51,1%-i xarici valyutada yerləşdirilib. Gəncə-Qazax iqtisadi rayonu üzrə əmanətlərin orta faiz dərəcəsi 5,7% olub.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə siyahıda ən aşağı pillədə Kəlbəcər-Laçın iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu iqtisadi rayon üzrə cəlb olunmuşç əmanətlərin həcmi 36,6 min manata bərabər olub. Başqa sözlə, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə əmanətlərin 16,6 min manatı və ya 45,36%-i milli valyutada, 20 min manatı və ya 54,6%-i xarici valyutada yatırılıb. Bu iqtisadi rayonda əmanətlər üzrə orta faiz dərəcəsi 5,7% təşkil edib.

Ümumiyyətlə, iqtisadi regionlar arasında əmanətlər üzrə orta faiz dərəcəsinin yüksək olmasına görə Abşeron, aşağı olmasına isə Naxçıvan fərqlənir.

Regionlarda əmanətlərin orta faiz dərəcəsi

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

Azərbaycan Respublikası:

7 684958,1

6%

o cümlədən Bakı

7 157361,6

6%

Abşeron iqtisadi rayonu

176726,0

6,9%

Lənkəran iqtisadi rayonu

42924,7

6,8%

Dağlıq Şirvan iqtisadi rayonu

12051,3

6,4%

Quba-Xaçmaz iqtisadi rayonu

33646,5

5,8%

Gəncə-Qazax iqtisadi rayonu

112921,3

5,7%

Kəlbəcər-Laçın iqtisadi rayonu

36,6

5,7%

Aran iqtisadi rayonu

82525,7

4,9%

Şəki-Zaqatala iqtisadi rayonu

31743,0

4,6%

Yuxarı Qarabağ iqtisadi rayonu

8957,2

3,4%

Naxçıvan iqtisadi rayonu

26064,2

3,2%

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR