Neft məhsullarının Azərbaycan ərazisindən dəmir yolları vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi açıqlanıb

Neft məhsullarının Azərbaycan ərazisindən dəmir yolları vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi açıqlanıb
# 08 dekabr 2015 12:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üçün daha əlverişli şəraitin yaradılması məqsədilə tranzit xidmətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasından “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilib. Tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir.

Bununla belə, aidiyyəti xidmət göstərən subyektlər tərəfindən tariflərə 30%-dək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30%-dən artıq müəyyən edilməsi məsələsinə Azərbaycan Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası tərəfindən baxıla bilər.

Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır. Yeni tariflər 3 dekabr 2015-ci il tarixdən qüvvədədir.

Neft və neft məhsullarının Azərbaycan Respublikasının ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi

İstiqamətlər

Məhsullar

Ölçü vahidi

Tariflər

(ABŞ dolları)

1.

Dübəndi - Böyük Kəsik

Xam neft

ton

12,00

2.

Ələt - Böyük Kəsik

ton

11,00

3.

Bakı - Böyük Kəsik

ton

11,50

4.

Səngəçal - Böyük Kəsik

ton

11,00

5.

Yalama - Böyük Kəsik

ton

15,20

6.

Qaradağ - Böyük Kəsik

ton

11,00

7.

Dübəndi - Böyük Kəsik

Mazut

ton

13,00

8.

Ələt - Böyük Kəsik

ton

12,00

9.

Bakı - Böyük Kəsik

ton

12,50

10.

Səngəçal - Böyük Kəsik

ton

12,00

11.

Yalama - Böyük Kəsik

ton

15,20

12.

Yalama - Dübəndi

ton

12,27

13.

Böyük Kəsik - Ələt

Reaktiv mühərrik yanacağı

ton

18,00

14.

Dübəndi - Böyük Kəsik

Digər neft məhsulları

ton

14,00

15.

Ələt - Böyük Kəsik

ton

13,00

16.

Bakı - Böyük Kəsik

ton

13,50

17.

Səngəçal - Böyük Kəsik

ton

13,00

18.

Yalama - Astara

ton

14,51

19.

Dübəndi - Astara

ton

10,61

20.

Ələt - Astara

ton

15,05

21.

Bakı - Astara

ton

10,12

22.

Yalama - Böyük Kəsik

ton

17,00

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən, həmçinin Azərbaycan Respublikasının rezidenti və filial və nümayəndəliyi olan qeyri-rezidenti tərəfindən istismar edilən xarici dövlətlərin bayrağı altında üzən gəmilər vasitəsilə neft və neft məhsullarının tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi

İstiqamətlər

Daşıma növü

Məhsullar

Ölçü vahidi

Tariflər

(ABŞ dolları)

1.

Alaca - Səngəçal

Tanker

Xam neft

ton

11,00

2.

Alaca - Dübəndi

ton

11,00

3.

Alaca - Bakı

ton

11,00

4.

Kianlı - Səngəçal

ton

10,00

5.

Kianlı - Dübəndi

ton

10,00

6.

Kianlı - Bakı

ton

10,00

7.

Okarem - Səngəçal

ton

11,00

8.

Okarem - Dübəndi

ton

11,00

9.

Okarem - Bakı

ton

11,00

10.

Aktau - Dübəndi

ton

11,50

11.

Aktau - Bakı

ton

12,00

12.

Aktau - Səngəçal

ton

12,50

13.

Oğuzxan - Səngəçal

ton

10,00

14.

Oğuzxan - Dübəndi

ton

10,00

15.

Oğuzxan - Bakı

ton

10,00

16.

Türkmənbaşı - Bakı

Mazut

ton

11,00

17.

Türkmənbaşı - Səngəçal

ton

11,00

18.

Türkmənbaşı - Dübəndi

ton

11,00

19.

Aktau - Dübəndi

ton

11,50

20.

Aktau - Səngəçal

ton

12,50

21.

Aktau - Bakı

ton

12,00

22.

Türkmənbaşı - Bakı

Digər neft məhsulları

ton

12,00

23.

Türkmənbaşı - Səngəçal

ton

12,00

24.

Türkmənbaşı - Dübəndi

ton

12,00

25.

Okarem - Bakı

ton

14,00

26.

Türkmənbaşı - Bakı

Bərə

Dolu vaqon

p/m

68,00

27.

Aktau - Bakı

p/m

81,00

Neft və neft məhsullarının tranzit daşınması ilə bağlı dəniz terminalları tərəfindən göstərilən yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi

Məhsullar

Ölçü vahidi

Tariflər

(ABŞ dolları)

1.

Xam neft

ton

8,0

2.

Mazut

ton

9,0

3.

Digər neft məhsulları

ton

10,0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR