Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar azalıb

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar azalıb
# 25 may 2016 11:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2015-ci ilin dövlət büdcəsində 2 mln. 490 min manat nəzərdə tutulsa da, il ərzində 608 min manat məbləğində vəsait daxil olub.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində yer alıb.

Məlumata əsasən, bu, müvafiq proqnoz göstəricisindən 1 mln. 882 min manat və ya 4,1 dəfə azdır, 2014-cü ilin icra göstəricisindən 338 min manat və ya 2,3 dəfə çoxdur, 2013-cü ilin icra göstəricisindən isə 4 mln. 848,3 min manat və ya 9 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR