Bakıda "İstiqlal yollarında" adlı tədbir keçirilib

Bakıda "İstiqlal yollarında" adlı tədbir keçirilib
# 25 may 2016 09:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Hərb Tarixi Muzeyində 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 98 illiyinə həsr edilmiş "İstiqlal yollarında" adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Əzizağa Qənizadə bildirib ki, 1918-1920-ci illərdə mövcud olmuş AXC çətin və mürəkkəb tarixi yol keçib. Qeyd olunub ki, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar şərqdə ilk demokratik respublika olan AXC-nin fəaliyyətini əks etdirən əsas istiqamətlərdir: "Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika öz fəaliyyətini 1920-ci il aprelin 28-də başa çatdırdı. Bu faciəli sonluğun ən başlıca səbəbi Sovet ordusunun təcavüzü və Azərbaycanın faktiki olaraq blokada şəraitində qalması idi. Ancaq AXC qısa dövrdə mövcud olmasına baxmayaraq ölkənin bütün sahələrində böyük uğurlara imza atdı. 18 oktyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndə məhz həmin tarixi varislik üzərində müstəqil Azərbaycan dövləti yaradılıb".

Muzeyin elmi işçisi Zəfər Kərimov da AXC-nin yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Daha sonra AXC-yə həsr olunmuş sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR