AMB: Bugünkü valyuta hərracında məcmu tələb 400 mln. dolları ötüb - YENİLƏNİB

AMB: Bugünkü valyuta hərracında məcmu tələb 400 mln. dolları ötüb - <span style="color: red;">YENİLƏNİB
# 08 sentyabr 2016 13:07 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 mln. dollar və AMB tərəfindən 100 mln. dollar olmaqla, ümumilikdə 300 mln. dollar məbləğində vəsait satışa çıxarılıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda məcmu tələb 402,56 mln. dollar təşkil edib.

*** SAAT 12:43

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərracda 200 mln. dollar 22 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR