Xətaidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında zərər çəkənlər ifadə veriblər

Xətaidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında zərər çəkənlər ifadə veriblər
# 12 iyul 2016 10:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər. Zərərçəkən Sevda Mikiyeva bildirib ki, hadisə zamanı avtomobilinə ziyan dəysə də, hələ də kompensasiya ödənilməyib.

Digər zərərçəkmiş Rübabə Əhmədova isə qeyd edib ki, hadisə zamanı onun mənzilinə ziyan dəyib: "Ilkin yoxlama zamanı mənzilimə 6 min manat ziyan dəydiyi müəyyən olunub. Bu günə kimi mənə dəymiş ziyan ödənilməyib".

Məhkəmə iclası iyulun 19-da davam edəcək.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR